Advertisement

Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır – Əli Əhmədov

Şuşa. Trend:

Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq
dəyərlərə, türk məfkurəsinə malik olmalarıdır.

Trend xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası
Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov “Türk Dövlətləri
Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni
strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən
beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə
müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması
kimi” panel sessiyada səsləndirib.

O qeyd edib ki, ortaq məqsədlərə çevrilə bilməyən ortaq dəyərlər
uzunömürlü ola bilməz.

15 İyun – Qurtuluş Günü və Qurban bayramı münasibətilə
təbriklərini çatdıran Əli Əhmədov xalq diplomatiyasının
əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Yeni Azərbaycan
Partiyası xalq və partiya diplomatiyasından səmərəli şəkildə
istifadə edir.

YAP-ın bu diplomatiyasını bundan sonra davam etdirəcəyini
vurğulayan Baş nazirin müavini Azərbaycanın müstəqillik tarixindən
söhbət açıb, Qurtuluş Gününün xalqımızın və dövlətçiliyimizin
tarixində yerini qeyd edib.