Advertisement

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Bakı. Trend:

Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Qurtuluş Günü
münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend xəbər verir ki, nazirliyin sosial şəbəkələrdəki rəsmi
səhifəsində Türkiyə və Azərbaycan Bayraqları fonunda yerləşdirilmiş
təbrik mesajında aşağıdakı sözlər önə çıxarılıb: “Biz
birlikdəyik…Bizim sözümüz birdir…Bizim gücümüz birdir”.

Təbrik mətnində qeyd edilib: “Dost və qardaş Azərbaycanı Milli
Qurtuluş Günü münasibətilə təbrik edirik. Azərbaycan xalqını
ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” kəlamının işığında
qardaşlarımızı gələcəkdə də həm kədərdə, həm də sevincdə
dəstəkləyəcəyik”.