Bakı. Trend:
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari
iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
zəng edib.
Asif Əli Zərdari dövlətimizin başçısını, dost və qardaş
Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik
edib.
Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən
Azərbaycan Prezidenti, öz növbəsində, bayram münasibətilə dost və
qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq
arzularını çatdırıb.
Telefon söhbəti zamanı dövlət başçıları əlaqələrimizin müxtəlif
sahələrdə inkişaf perspektivlərini müzakirə edib və ikitərəfli
münasibətlərimizin daha da yüksək səviyyəyə qaldırılması barədə
razılığa gəliblər.
Pakistan Prezidenti COP29-un ölkəmizdə keçirilməsi münasibətilə
dövlətimizin başçısını təbrik edib və Prezident İlham Əliyevi
Pakistana rəsmi səfərə dəvət edib.
Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.





























