Advertisement

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif
iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
zəng edib.

Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısını, dost və qardaş
Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik
edib.

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən
Azərbaycan Prezidenti, öz növbəsində, bayram münasibətilə dost və
qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq
arzularını çatdırıb.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir
Məhəmməd Şahbaz Şərif əlaqələrimizin müxtəlif sahələrdə inkişaf
perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizin
daha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.

Pakistanın Baş naziri COP29-un ölkəmizdə keçirilməsi
münasibətilə dövlətimizin başçısını təbrik edib və Prezident İlham
Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.

Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.