Advertisement

Ceyhun Bayramov Hakan Fidanla TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib

Bakı. Trend:

17 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici
işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər
iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif
aspektləri üzrə görülən işləri müzakirə ediblər.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək
qeyri-rəsmi zirvə görüşünə hazırlıq məsələləri nəzərdən
keçirilib.

Telefon danışı zamanı həmçinin qarşılıqlı maraq doğuran
ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir
mübadiləsi aparılıb.