Advertisement

Prezident İlham Əliyev: Azərbaycan planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir

Bakı. Trend:

Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal
gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır.
Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları
ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı,
sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə
əhəmiyyətli dərəcədə təsir göstərir.

Trend xəbər verir ki, bu
fikirlər Prezident İlham Əliyevin Bakıda 
“COP29-a Aparan Yol:
Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli
29-cu Toplantının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan COP29-a var gücü
ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə
həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət
nəticələr əldə etmək üçün səylərini əsirgəmir.