
Bakı. Trend:
İqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan
inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin
həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən
olacaq.
Trend xəbər verir ki, bu
barədə Prezident İlham Əliyevin Bakıda
“COP29-a Aparan Yol:
Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli
29-cu Toplantının iştirakçılarına müraciətində bildirilib.
Müraciətdə, həmçinin qeyd olunub ki, bu mötəbər tədbirin
sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi,
nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli
iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə
yekunlaşması üçün əlindən gələni edəcək.





























