
Bakı. Trend:
Fransa Respublikasının Cənubi Qafqaz regionunda həyata keçirdiyi
siyasəti biz səmərəli hesab etmirik. Bu zərərli bir siyasətdir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə
açıqlamasında deyib.
“Bu Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli parılmasına
heç bir halda töfhə vermir. Fransanın regionda militarizasiya
siyasətinin həyata keçirilməsi regiona ciddi təhdiddir.
Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Eyni
zamanda da Ermənistanın daxilində olan revanşist qüvvələrin bir
həvəsləndirilməsi xidmət edəcək bir addımdır.
Hesab edirik ki, Fransada BMT Təhlükəsi Şurasının daimi üzvü
olaraq daha məhsulətli bir siyasət həyata keçirməlidir”, – o əlavə
edib.
Onun sözlərinə görə, xüsusilə də beynəlxalq münasibətlərdə belə
bir yanaşma vardır ki, işğal və təcavüz törətmiş dövlətlərə
münasibətdə onların növbəti hərbləşdirmə proqramlarına və
militarizasiya proqramlarına münasibətdə müxtəlif məhdudiyyətlər
tətbiq olunmalıdır.
“Nəzərə almalıyıq ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal
və təcavüz törətmiş dövlətdir”, – o qeyd edib.





























