
Bakı. Trend:
Keçmiş müstəmləkə idarəsində olan dövlətlər və bu gündə
müstəmləkəçilik siyasətini davam edən dövrətlərin məsuliyyəti ondan
ibarətdir ki, onlar müsləmləkəçilik siyasətinə son qoymalıdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə
açıqlamasında deyib.
“Bu diplomatik bir praktikadır və diplomatik müzakirələrdir.
Bununla bərabər, Azərbaycan Respublikası 2019-2022-ci illərdə
Qoşulmama Hərəkatının sədri olub. Qoşulmama Hərəkatının yaranması
tarixini bilənlər çox yaxşı anlayırlar ki, Qoşulmama Hərəkatı özü
dekolonizasiya mövzusu əsnasında ərsəyə gəlmiş bir təşkilatdır və
onun ana fəlsəfəsini və ana xəttini də bu mövzu təşkil edir”, – o
bildirib.
O qeyd edib ki, bu məsələdə konkret öhdəliyi olan ölkələrdən
biri də Fransadır.
“Hansı ki, Fransa dənizaşırı regionları dekolonizasiya mandatına
düşən ərazilərdir. Bu problemləri həll etmək, yerli xalqların
etirazlarına qulaq asmaq əvəzinə, digər ölkələrə qarşı ittihamlar
irəli sürülməsini heç bir halda düzgün hesab etmirik”, Hacıyev
əlavə edib.
Xəbər yenilənəcək





























