
Bakı. Trend:
Azərbaycan mina problemindən dünyada ən çox əziyyət çəkən
ölkələrdən biridir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə
açıqlamasında deyib.
“Ermənistan tərəfindən məqsədyönlü şəkildə yalnız hərbi
təyinatla deyil və müharibədən sonra Azərbaycanın bərpa və
quruculuq işlərinə xələr gətirmək və onun sürətini azaltmaq və
insanlara qarşı maksimum xələl yetirmək məqsədi ilə minalardan
geniş şəkildə istifadə edilib.
Ermənistanın mina siyasətinə baxdıqda görərik ki, bu təkcə
keçmiş təmas xətti boyunca deyil və bu hansı ki, o ərazilərin hər
hansı bir hərbi təyinatı olmamışdır, o ərazilərdə də minalaşdırma
aparılmışdır. Burada məqsəd insanların öldürülməsidir və
mina-terror siyasətinin həyata keçilməsidir.
Son dövlərdə baş vermiş mina partlamalarının və xəsərət alan
insanların prosesini təhlil etdikdə, bir dah görürük ki, əksər mina
partlamaları təmas xəttində deyil, o içərilərdə olan zonalarda baş
verir.
Təkrarən qeyd etmək istərdim ki, bu, Ermənistanın məqsədyönlü
şəkildə mina terrorunu həyata keçirmək siyasətidir. Təqdim olunan
xəritələr effektiv deyil və onlar real şəraiti yerində əks
etdirmirdi və tam şəkildə də bu xəritələr verilməmişdir.
Ona görə də bu gün mina terroruna görə məsuliyyət birbaşa
Ermənistanın üzərindədir”,- deyə o bildirib.





























