
Bakı. Trend:
İqlim üzrə Avropa komissarı Vopke Hukstra sabah Azərbaycana
səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyası məlumat
yayıb.
Məlumata əsasən, o, Azərbaycan hakimiyyəti və vətəndaş cəmiyyəti
nümayəndələri ilə görüşlər keçirmək və noyabrda ölkədə keçiriləcək
BMT-nin iqlim dəyişikliyinə dair COP29 konfransına hazırlıq
işlərini müzakirə etmək üçün Bakıya gələcək.
Bildirilib ki, səfər zamanı V.Hukstra COP29-un prezidenti,
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və
COP29-un sədrliyi komandası ilə görüşəcək. O, həmçinin energetika
naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla
ikitərəfli görüşlər keçirəcək, Azərbaycan vətəndaş cəmiyyətinin
nümayəndələri ilə fikir mübadiləsi aparacaq.





























