
Bakı. Trend:
Qlobal ərzaq istehsalının təqribən 40 faizi israf edilir, hər
bir ölkədə həddindən artıq ərzaq istehsalı baş verir.
Trend xəbər verir ki, bu barədə Monteneqorunun sabiq prezidenti
Filip Vujanovic “COP29-a aparan yol – Dayanıqlı və Davamlı Gələcək”
adlı 29-cu Ali Səviyyəli Toplantıda “Ərzaq və Kənd Təsərrüfatı
Sektorunun xüsusi halı” adlı panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ərzaq çatışmazlığı səbəbindən yoxsul ölkələrdə
insanların həyatı və sağlamlığı üçün təhlükə törədir və ölümlə
nəticələnir.
“Zəngin ölkələrdə isə ərzaq kütləvi şəkildə məhv edilir. Hesab
edirəm ki, ərzaq paylanmasında çox yaxşı mövqeyə malik olmaq üçün
bütün ölkələrin təcrübəsindən istifadə etməyimiz zəruridir.
Azərbaycan bu istiqamətdə yaxşı nümunədir. Azərbaycan ərzaq və
onun idarə olunması təcrübəsi ilə kömək etmək mövqeyindədir ki, bu,
məncə, COP 29-un çox maraqlı vəzifəsi ola bilər”,- deyə o
bildirib.
Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda
COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə
fəaliyyətini təmin etməkdir.
Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində
mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək
üçün çoxşaxəli yanaşmanı əhatə edir.





























