
Bakı. Trend:
NATO baş katibi Yens Stoltenberq Ermənistanın baş naziri Nikol
Paşinyanı tez bir zamanda sülh sazişi imzalamağa çağırıb.
Trend xəbər
verir ki, Stoltenberq bu barədə İrəvanda Paşinyanla birgə mətbuat
konfransında deyib.
O, Cənubi Qafqazda sabitliyin əhəmiyyətinin müzakirə olunduğunu
bildirib.
“Ermənistan və Azərbaycan uzun illər çəkən münaqişədən sonra bu
gün davamlı sülhə nail olmaq imkanına malikdir. Bu səbəbdən
münasibətlərin normallaşmasına və xalqlarınız üçün davamlı sülhə
yol açan razılaşmanı imzalamağa çağırıram”, – o deyib.
Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan
səfərindən əvvəl, martın 17-də ilk dəfə Azərbaycan Respublikasına
rəsmi səfərə gəlib.
Baş katib Yens Stoltenberqin Azərbaycana səfəri martın 18-də
başa çatıb.





























