Bakı. Trend:
Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün malların,
işlərin və xidmətlərin satın alınmasını həyata keçirən dövlət
orqanlarının (qurumlarının) siyahısı müəyyənləşib.
Trend xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı
qərarda əksini tapıb.
Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün
malların, işlərin və xidmətlərin satın alınmasını həyata keçirən
dövlət orqanlarının (qurumlarının) S İ Y A H I S I
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
4. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (onun
strukturuna daxil olan və ya tabeliyində olan müəssisələr və
qurumlar, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində
olan müəssisələr);
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinin Mühafizə alayı və Konvoy taboru;
6. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
7. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
8. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;
9. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidməti;
10. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti;
11. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti;
12. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi
Dövlət Agentliyi;
13. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi
(fövqəladə və səfərbərlik ehtiyatlarının yaradılması üzrə həyata
keçirilən satınalmalara münasibətdə).





























