Advertisement

Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib

Bakı. Trend:

Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi
ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən
iclasının gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin
edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət
edilməsi haqqında məsələ daxil edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, Yeni Azərbaycan
Partiyasını təmsil edən deputatlar növbədənkənar parlament
seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət
etməyi xahiş ediblər.

Müzakirələr zamanı deputatlar Azərbaycanda mühüm beynəlxalq
tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq növbədənkənar
parlamentin seçkilərinin keçirilməsini məqsədəuyğun hesab
ediblər.

Müzakirələrdən sonra müraciət səsverməyə qoyularaq qəbul
edilib.