Bakı. Trend:
Azərbaycanla İordaniya arasında müdafiə sahəsində saziş təsdiq
edilib.
Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı
Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in
təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
müzakirəyə çıxarılıb.
Deputatlar sənədin iki ölkə arasında bu sahədə əməkdaşlığın
inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq
edilib.





























