
Bakı. Trend:
Rusiya-Azərbaycan münasibətləri müsbət dinamika və
proqnozlaşdırıla bilən inkişaf nümayiş etdirir.
Trend xəbər verir
ki, bunu bu gün Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə
səfiri Elşad İsgəndərov Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının
5-ci iclasında çıxışında deyib.
O qeyd edib ki, hər iki dövlətin birgə regional səylərini
istiqamətləndirən vektorlardan biri regional siyasi və iqtisadi
əməkdaşlığın təmin edilməsinə və kənardan dağıdıcı müdaxilə
cəhdlərinin məhdudlaşdırılmasına ümumi yanaşmalardır.
“Həm Azərbaycanın, həm də Rusiya Federasiyasının qəbul edilən
qərarlarının suverenliyi lehinə aydın seçimi var”, – İsgəndərov
vurğulayıb.
Onun sözlərinə görə, Bakı tədbirinin keçirilməsi
Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşdırılması iradəsinin
necə reallaşdığına bir nümunədir.
“Üç il əvvəl ekspert şurasının yaradılması ideyası ilk dəfə
qaldırılanda biz bu təşəbbüsün əməli nəticələrinin olacağına əmin
idik. Sevindirici haldır ki, qısa müddət ərzində ekspertlərimizin
görüşdüyü platforma artıq beşinci iclasını keçirir”, – diplomat
əlavə edib.
(Tərcümə: Gülnarə Kərimova)





























