Bakı. Trend:
Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin
yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin
və birdəfəlik kompensasiyanın ödənilməsi qaydası təsdiqlənəcək.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Gömrük
orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi
barədə” qanunun tətbiqi haqqında fərmanında bildirilib.
Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində gömrük
orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq
yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və
birdəfəlik kompensasiyanın ödənilməsi qaydasını təsdiq edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.





























