Advertisement

Braziliya Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula
da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik
məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi
Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan təbrik
edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq
arzulayıram.

Braziliyanın ölkələrimiz arasındakı dostluq əlaqələrinin
möhkəmləndirilməsi və xalqlarımızın qarşılıqlı rifahı naminə bundan
sonra da Azərbaycanla birgə fəaliyyətini davam etdirmək istəyini
bir daha bəyan edirəm. Bu kontekstdə mən BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda
keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində Braziliya ilə
Azərbaycan arasında səmərəli əməkdaşlığı səbirsizliklə
gözləyirəm.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi
xahiş edirəm”.