Advertisement

Fransa əlində olan bütün imkanlardan ölkəmizin əleyhinə istifadə edir (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Fransa həmişə ermənipərəst mövqe sərgiləyir.

Bunu Trend
açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O bildirib ki, Fransa bir zamanlar Azərbaycan və Ermənistan
arasında vasitəçilik səyləri irəli sürürdü.

“Hazırkı reallıqlarda ermənipərəsət mövqeyin ortaya qoyulduğu
bir zamanda Fransa heç bir vəchlə iki ölkə arasında vasitəçi ola
bilməz.

Fransanın Ermənistana hərbi və təhlükəsizlik istiqamətində
yardımları Cənubi Qafqazda təhlükəsizlik risklərini artırır.
Fransanın NATO üzvü olmasına rəğmən, KTMT üzvü olan Ermənistanı
silahlandırması təzad yaradır.

Burada əsas məqsəd ölkəmizə qarşı aparılan fəaliyyətdir. Fransa
hökuməti son illər əlində olan bütün imkanlardan ölkəmizin əleyhinə
istifadə edir”, – deyə o bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik: