
Bakı. Trend:
İyunun 18-də Fransanın “Le Point” siyasi jurnalı prezident
Emmanuel Makrona ünvanlanmış “məktub” dərc edib. Məktbuda Fransa
vətəndaşları öz liderlərini Ermənistana əlavə dəstək verməyə, yəni
“qardaş” xalqa kömək etmək üçün fransız qoşunlarını göndərməyə
çağırıblar.
İmzalayanlar arasında ermənilərin hüquqlarının məşhur
“müdafiəçisi”, Parisin meri Ann Hidalqo, eləcə də Ermənistanın
keçmiş siyasətçiləri, sənətçiləri, mediası və digər “dostları”
var.
Parisin “La
Gazette du Caucase” internet qəzetinin baş redaktoru Jan-Mişel
Brun öz məqaləsində ermənilərin bu alovlu
müdafiəçilərinin kimlər olduğunu və əsl məqsədlərinin nə olduğunu
açıqlayıb.
“İslamofob başlıqları və icmalları ilə tanınan “Le Point”
jurnalında Fransanın “tanınmış simaları” prezident Emmanuel Makrona
“məktub” yazaraq, Fransa hərbi qüvvələrini Ermənistana göndərməyə
çağırıb. Bu məktub mifik “Xristian Qərb” müdafiəçiləri tərəfindən
əziz tutulan klişelər toplusudur: pis türklər və Azərbaycana
nifrət. Bu, yəqin ki, ondan irəli gəlir ki, Azərbaycanda üstünlük
tərəfdarlarının nifrət etdiyi hər eks olunur: kosmopolitizm və
multikulturalizm”, – deyə müəllif qeyd edib.
Bu fransızlar qrupu Azərbaycanın Ermənistana hər an hücum edə
biləcəyindən “narahatdır” və Ermənistanın təcili müdafiəyə ehtiyacı
olduğuna inanırlar. Jan-Mişel Brun haqlı olaraq qeyd edir ki, qonşu
Ermənistandan fərqli olaraq Azərbaycan heç vaxt yad əraziləri zəbt
etməyib:
“Müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin çiçəkləndiyi və
birgə yaşadığı Azərbaycan Ermənistanın tam əksidir. Məsələn,
Azərbaycandakı yəhudi icması özünü dünyanın hər yerindən daha çox
müdafiə olunur. Eyni zamanda, Ermənistan monoetnik və monotondur.
Sovet İttifaqının dağılması zamanı Ermənistan orada əsrlər boyu
yaşamış 350 min azərbaycanlını qovulmuşdur. 2023-cü ildə Ermənistan
ölkənin yeganə sinaqoqunu yandırmaqla gündəmə gəlmişdi. Üstəlik,
böyük şəhərlərin görkəmli yerlərində heykəlləri ucaldılan
Ermənistanın milli qəhrəmanlarından biri də əsl nasist Njde
Qaregindir”, – deyə müəllif yazıb.
Jan-Mişel Brun sonda vurğuladı ki, görünür, məktubu imzalayanlar
Ermənistanın özünü deyil, “Böyük Ermənistan” xülyası quran erməni
ultramillətçiləri müdafiə edirlər:
“Yəqin ki, baş verən budur. Kütləvi infromasiya vasitələri
Fransa ictimaiyyətinin beynini yuyur, qəzetlər isə ardıcıl olaraq
erməni ifrat sağçılarının Ermənistanın baş nazirini ləkələyən
fikirlərini təbliğ edirlər. Bu fikir bəzi fransız siyasətçiləri
tərəfindən paylaşılır və bunu öz alilik ideologiyasının və
islamofobiyanın əksi kimi görürlər. Təəccüblü deyil ki, səhifənin
aşağı hissəsində erməni fəalların adlarının yanında media
nəşrlərində müsəlmanlara qarşı davamlı hücumlar edən və dövlət
tərəfindən dəstəklənən islamofobiyanı ya inkar edən, ya da aşağı
salanların adları qeyd olunub”.
Təbii ki, Ermənistanın son vaxtlar Fransa siyasi ictimaiyyətinin
belə güclü dəstəyinə malik olması təəccüblü deyil. Makronun
partiyası son parlament seçkilərində çox zərər çəkdi, ona görə də
səsləri geri qaytarmaq üçün əllərindən gələni edirlər. Erməni
diasporunun səsi isə böyük işdir. Amma bu kifayət edəcəkmi?





























