Advertisement

Prezident İlham Əliyev: Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

Bakı. Trend:

Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən
bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev
“Euronews” televiziyasına müsahibəsində söyləyib.

Ölkəmizin ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda
bərpaolunan enerjiyə yönəltdiyini diqqətə çatdıran dövlətimizin
başçısı deyib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl
enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə
düşən öhdəlikdir”.