
Bakı. Trend:
Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji
lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır.
Trend xəbər verir ki, bu
fikri Prezident İlham Əliyev “Euronews” televiziyasına
müsahibəsində səsləndirib.
“Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma
tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun
və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan
qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və
həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq.
Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz
tərəfdaşlarımızla həll etməliyik”, – deyə dövlətimizin başçısı
vurğulayıb.





























