
Bakı. Trend:
İyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan
Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan
QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq.
Trend xəbər verir ki, 200-ə yaxın ictimai birliyin
təmsilçilərinin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri:
nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji
fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı”
mövzularında panel müzakirələri keçiriləcək. Forum 2 gün davam
edəcək.





























