Advertisement

Azərbaycanın haqq işinə müdaxilə etmək istəyənlərin bütün planları iflasa uğrayıb – Azər Qarayev

Bakı. Trend:

Bu gün qalib Azərbaycan xalqı Novruz bayramını ilk dəfə olaraq
ölkənin bütün ərazisində, o cümlədən Xankəndidə, Xocalıda,
Ağdərədə, Xocavənddə, Qarabağda və Şərqi Zəngəzurdə qeyd edir.
Prezident İlham Əliyevin də Xankəndi şəhərində Novruz tonqalını
alovlandırması və Azərbaycan xalqını bayram münasibətilə təbrik
etməsinin xüsusi rəzmi mənası var.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Novruz bayramı ümumiyyətlə
özünəməxsusluğu, xalqımıza aidliyi ilə seçilir. Hələ Sovet
dönəmində bu bayramın qeyd olunmasına qadağalar qoyulurdu,
Aəzrbaycan xalqının yaddaşından silinməyə çalışılırdı. Novruzun
uzun illərdən sonra 1969-cu ildən respublikamızda yenidən təntənə
ilə qeyd olunmasına başlanması, həmin il ilk dəfə respublikanın
rəhbərliyinə gəlmiş Ümummilli Lider Heydər Əliyevin öz xalqına,
onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və
ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi.

“Ulu öndər hər zaman işğal olunmuş torpaqlarımızın azad
olunmasını və Novruzun və digər milli bayramlarımızın həmin
torpaqlarda qeyd olunacağına hər zaman bütün qəlbi ilə inanırdı.
Məhz bu səsəblərdən Novzurun bu il azad olunmuş ərazilərimizdə, o
cümlədən Xankəndidə qeyd edilməsi böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin alovlandırdığı bayram tonqalı uzun illərin
nisgilinə, vətən həsrətinə son qoydu”

A.Qarayev qeyd edib ki, Prezident Xankəndidə bayram münasibətilə
Azərbaycan xalqnı təbrik edərkən bir sıra vacib məqamlara
toxundu.

“Azərbaycan Prezidenti növbəti dəfə bütün dünya qarşısında bəyan
etdi ki, Azərbaycan dövləti heç kimdən qorxmur, çəkinmir və
müstəqil siyasət yürüdür. Bu gün müxtəlif yollarla Azərbaycana,
onun haqq işinə müdaxilə etmək istəyənlərin bütün planları iflasa
uğrayıb və uğrayır. Azərbaycan ədaləti öz gücü hesbaına bərpa etdi.
Həm İkinci Qarabağ müharibəsi, həm də ötən il baş tutan lokal
anti-terror tədbirləri Azərbaycan xalqının qəhramanlığını,
Azərbaycan Prezidentinin gücünün və iradəsinin gösətricisi
oldu”.

A.Qarayev onu da vurğulayıb ki, azad olunmuş ərazilərdə hər gün
bayramdır.

“İnsanların ora qayıdışı, ermənilər tərəfindan viran edilmiş
ev-eşiklərin, tarixi abidələrimizin bərpası böyük qürurla, fərəhlə
aparılır. Xalqımız bu qəhramanlıq səlnaməsinə canlı şahidlik edir.
Müharibə və ondan sonrakı dövr Azərbaycanın Zəfər tarixidir. Öz
torpaqlarına qayıtmış vətəndaşlarımız bundan sonra bütün bayramları
öz torpaqlarında, öz doğma evlərində qürurla, böyük sevinclə qeyd
edəcəklər”.