
Bakı. Trend:
Martın 21-də Fəxri hüquqşünas, 2009-2018-ci illərdə Haaqada
Livan üzrə Xüsusi Tribunalında Müdafiə Bürosunun sabiq direktoru
Fransua Roux Fransanın “l’Humanite” qəzetində Fransa Parlamentarinə
çağırışla müraciət edib.
Hökumət Yeni Kaledoniyanın müstəmləkəçiliyini
konstitusiyalaşdırmaq istəyir. Kovid epidemiyası və Kanak yas
adətləri səbəbi ilə təxirə salınma tələbinə baxmayaraq, 2021-ci
ilin dekabrında keçirilmiş üçüncü referendumun etibarlılığını
tanımaqdan imtina edən bütün müstəqillik hərəkatının
iştırakçılarını Hökumət danışıqlar masasına gətirə bilməyib.
Trend xəbər verir ki, bu barədə Fransanın “l’Humanite” qəzetində
dərc olunan məqalədə deyilir.
“Hökumət zorla addımlarını davam etdirərək, Fransanın Dövlət
Şurasının Yeni Kaledoniyanın institusional gələcəyi və xüsusən də,
müstəqilliyin əleyhinə olanların israrla tələb etdiyi seçkilərdə
səs vermək hüququna malik olanların sayının artırılması ilə bağlı
rəyini istəyib. Ali orqan 7 dekabr 2023-cü ildə öz rəyini bildirdi
və Yeni Kaledoniyanın institusional gələcəyini tənzimləmək və
1998-ci il Noumea razılaşması ilə yaradılmış seçki qaydalarını
dəyişmək üçün konstitusiyaya yenidən baxılmasını tövsiyə etdi.
Albert Kamyus deyirdi ki, “Proseslərə öz adları ilə
adlandırmamaq, dünyaya əlavə bədbəxtlik gətirməkdir”. Beləliklə,
aydın şəkildə deyək: Yeni Kaledoniya məsələsi müstəmləkəçiliyə
məruz qalan xalqların öz müqəddəratını təyinetmə hüququna aiddir və
heç bir şəkildə seçki qanunu qarşısında vətəndaşlarının bərabərliyi
məsələsi ilə bağlı fransızların qərarına aid deyil. 1960-cı ildə
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1514 saylı
qətnaməsi ilə “Müstəmləkə altında olan ölkələrə və xalqlara
müstəqilliyin verilməsi haqqında Bəyannamə” qəbul edildi.
1986-cı ildən Yeni Kaledoniya dekolonizasiya ediləcək ərazilər
siyahısına daxil edilib. Birləşmiş Millətlər Təşkilatının
dekolonizasiya üzrə xüsusi komitəsi hər il vəziyyətə nəzarət edir
və Fransa ilə bağlı tövsiyələr verir. Müstəqillik əlehyinə olanlar
bir neçə dəfə Yeni Kaledoniyanın dekolonizasiya ediləcək ərazilər
siyahısından, cəhd göstərsələr belə, çıxarılmasına nail ola
bilməyib.
Odur ki, Birləşmiş Millətlər Təşkilatının 1945-ci il
Nizamnaməsini, daha sonra isə 1948-ci il Ümumdünya İnsan Hüquqları
Bəyannaməsini hazırlayan ölkələrdən biri və Təhlükəsizlik Şurasının
daimi üzvü olan Fransa ərazilərin dekolonizasiyası ilə bağlı
Nizamnamənin şərtlərinə görə üzərinə götürdüyü öhdəliklərdən necə
qurtulmağa çalışa bilər?
Hamımız razılaşa bilərik ki, Yeni Kaledoniyada uzun müddət
tətbiq edilən məqsədli məskunlaşma siyasətinə görə hər şey asan
deyil. 1998-ci ildə Noumea razılaşmasının preambulasında ilk dəfə
olaraq Kanak xalqına, yerli xalqa qarşı edilən zoraklıqlar rəsmi
şəkildə etiraf edilir.
Belə olan halda, 25 il sonra, idarəedən gücün hökuməti necə
təsəvvür edir ki, Yeni Kaledoniyanın gələcəyini Kanakların azlığı
ilə nəticələnəcək, səs vermə hüququna malik şəxslərin sayının
artırılması yolu ilə Fransa qanunlarına əsasən həll edəcək?
Əgər rəy ehtiyac varsa, bu, şübhəsiz ki, Fransanın məhkəməsi
deyil, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə yaradılmış
yeganə müvafiq beynəlxalq orqan: qərargahı Haaqada olan Beynəlxalq
Ədalət Məhkəməsi (BƏM) olmalıdır.
BƏM müvafiq tərəflər arasında ziddiyyətli debatdan sonra hüquqi
rəy vermək səlahiyyətinə malikdir. Bu, Mavrikiy və Birləşmiş
Krallıq arasındakı Şaqos adaları, İsrail tərəfindən tikilən divar
və ya keçmiş Fransız-İngilis kondominiumu olan Vanuatu tərəfindən
təqdim edilən iqlim dəyişikliyi ilə bağlı məsələlərdə özünü
göstərib.
Xanım və cənab Parlamentarilər, siz Yeni Kaledoniya ilə bağlı
Konstitusiyaya hər hansı dəyişikliyə səs verməkdən imtina etməklə
və Fransa hökumətinə “idarəedici güc” kimi məsələni BMT-nin Baş
Assambleyası vasitəsilə BƏM-ə müraciət etməsini təmin etsəniz
mandatınıza hörmət edərsiz. BƏM hər bir maraqlı olan tərəfə öz
arqumentlərini təqdim etməyə icazə veriləcəkdir. “Qanunla sülhün
qurulması” BƏM-in yerləşdiyi Sülh Sarayının devizidir”, – deyə
Fransua Roux bildirib.





























