Advertisement

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib (YENİLƏNİB)

Bakı. Trend:

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci
Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan
parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın
ikitərəfli görüşü olub.

Trend xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın
təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh
danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı
formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən
keçirilib.

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını
nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.

XXX

18:25

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci
Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan
parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın
ikitərəfli görüşü keçirilir.

Trend xəbər verir ki, Parlamentlərarası İttifaqın təşəbbüsü və
vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan
arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin
sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı
məsələlərin nəzərdən keçirilməsi gözlənilir.