Advertisement

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Bakı. Trend:

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında
törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması
ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə,
Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir
daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını
arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror
aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu
ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd
edib.

Rusiya Prezidenti başsağlığına və göstərilən həmrəyliyə görə
Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə
sahəsində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.