
Bakı. Trend:
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu,
əsgər Bağırov Elcan Emin oğlunun odlu silahdan istifadə etməklə
özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil
olub.
Trend-in
məlumatına görə, bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi
Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri
Firad Əliyev deyib.
O bildirib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi
prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun
Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin
əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş
üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş,
eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq
şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək icraya
yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata
keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə
uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.





























