Advertisement

DTX dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir

Bakı. Trend:

Qarşıya qoyulan vəzifələrin lazımi səviyyədə icrası məsələsində
xarici tərəfdaşlarla qurulmuş səmərəli və sıx münasibətlər çox
böyük önəm kəsb edir.

Trend xəbər verir ki, bunu DTX-nin rəisi, general-polkovnik Əli
Nağıyev rəsmi qəzetdə dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünya
ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə beynəlxalq
terrorçuluğa və onun maliyyələşdirilməsinə, transmilli mütəşəkkil
cinayətkarlığa, kəşfiyyat-pozuculuq fəaliyyətinə, o cümlədən,
narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına,
insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa qarşı
mübarizənin aparılması istiqamətində faydalı əməkdaşlıq edir.

“Belə ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət
orqanları rəhbərləri Şurası, Türk Dövlətlərinin Xüsusi Xidmət
Orqanları Konfransı, həmçinin, digər beynəlxalq təşkilatlarla
ikitərəfli və çoxtərəfli formatda işgüzar əlaqələr qurulub”, – deyə
Ə.Nağıyev əlavə edib.