Advertisement

Ermənistan anklav olmayan kəndlərin qaytarılmasını gecikdirir – Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Ermənistan Azərbaycanla sülh prosesində konstruktiv mövqe ortaya
qoymaq əvəzinə anklav olmayan kəndlərin qaytarılmasını
gecikdirir.

Trend xəbər
verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi
Sahil Kərimli ARB 24-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər Ermənistan yaxın günlərdə bu kəndlərin
qaytarılması məsələsini həll etməsə, Azərbaycan bir neçə dəqiqə və
saat ərzində bu kəndləri asanlıqla geri qaytara bilər.

“Son günlər Ermənistan baş naziri Nikol Paşinyan da başa düşüb
ki, bu kəndlər Azərbaycana qaytarılmalıdır. Ermənistan siyasi
hakimiyyəti məsələni siyasi baxımdan uzatmağa çalışır. Qərbdə və
Avropa dairələrində özünə dayaqlar axtarmağa çalışırlar. Həmin
dairələr Ermənistandan vasitə kimi istifadə edərək, öz məqsədlərinə
çatmaq istəyirlər.

Ermənistan daxilində qeyri-konstruktiv mövqe tutan dairələr,
Qərbin, Avropanın xüsusi xidmət orqanları, dairələri ərazidə
yaşayan insanları təxribata sürükləyirlər və separatçılığa cəlb
etmək istəyirlər”, – deyə S.Kərimli bildirib.