Advertisement

DTX-də “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülən 7 əməkdaş xidmət edir – Əli Nağıyev

Bakı. Trend:

Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində
böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək
qələbənin əldə olunmasına digər hərbi strukturlar kimi Dövlət
Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti də öz töhfəsini
vermişdir.

Trend xəbər verir
ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik
Əli Nağıyevin bu gün Azərbaycan təhlükəsizlik orqanlarının
yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli
tədbirdəki çıxışı zamanı deyib.

Qürurverici haldır ki, bu gün artıq Dövlət Təhlükəsizliyi
Xidmətində “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş 7
əməkdaş xidmət edir.