
Bakı. Trend:
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.
Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Məhkəmələr və hakimlər
haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının
126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak
etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası
üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları
hakim ola biləcəklər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı
olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq
təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan
Respublikası vətəndaşları hakim ola bilərlər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.





























