Advertisement

İran Azərbaycana yeni səfir təyin edib

Bakı. Trend:

İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya
gedəcək.

Trend xəbər verir ki, bu barədə İranın “Təsnim” xəbər agentliyi
ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat
yayıb.

Qeyd olunur ki, 2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində
çalışan Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

Xatırladaq ki, martın 28-də İran mediası Baku TV-nin müxbirinə
müsahibə verdikdən sonra səfiri istefaya çağırıb.