
Bakı. Trend:
2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid
Abbas Musəvi Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz
fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirəcək.
Trend xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyi
məlumat yayıb.
“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı
ancaq ondan tələb olunmuşdur ki münasibətlər normallaşana qədər və
Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz fəaliyyətini
bərpa edənədək öz fəaliyyətini davam etdirsin”, – deyə məlumatda
bildirilib.





























