
Bakı. Trend:
İran hər zaman region məsələlərin region daxili ölkələrin
potensialından istifadə edərək həllinə təkid edib.
Bu barədə İran İslam Respublikasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas
Musəvi Trend-ə bildirib.
“Qərb ölkələrin regiona olan müdaxilə təcrübəsi uğurlu bir
təcrübə hesab olunmur və regionda olan məsələlərin həllinə kömək
etməyəcəklər heç, əksinə bu məsələlərin mürəkkəbləşməsinə gətirib
çıxardacaqlar. Çünki bu ölkələr başda öz maraqlarını təmin etməyin
peşindədirlər, region ölkələrin maraqlarını deyil.
Biz inanırıq ki, Cənubi Qafqaz ölkələri öz məsələlərini özləri
həll etmək gücündədirlər. İran İslam Respublikası bu istiqamətdə
iki və çox tərəfli təmasları sürdürür”, – deyə o bildirib.
Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol
Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının
sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş baş tutacaq.
Qərbin Ermənistanla təhlükəsizlik zəmanəti haqqında saziş
imzalayacağı gözlənilir.





























