Advertisement

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir – ABŞ Xarici Siyasət Assosiasiyası

Bakı. Trend:

Azərbaycan dünyanın ən təhlükəsiz 141 ölkəsi arasında 18-ci yer
tutub.

Trend xəbər
verir ki, bu barədə ABŞ Xarici Siyasət Assosiasiyasının saytında
dərc olunana məqalədə deyilir.

Tanınmış politoloq və jurnalist olan Raşel Avraham tərəfindən
dərc olunan məqalədə qeyd olunub ki Qlobal Terrorizm İndeksinə
əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz 141 ölkəsi arasında 18-ci
yerdədir.

Bundan başqa, məqalədə Azərbaycanın cinayət hadisələrinin sayına
görə dünyanın ən təhlükəsiz 20 ölkəsi siyahısına daxil olduğu da
qeyd edilib.

Müəllif Azərbaycanın sinaqoqların qapılarının gün ərzində açıq
qaldığı yeganə ölkələrdən olduğunu qeyd edib, həmçinin,
Ermənistanla gərgin münasibətlərə baxmayaraq, Bakının mərkəzində
yerləşən erməni kilsəsinin (red – Müqəddəs Qriqori kilsəsi)
mühafizəsinə diqqət yetirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun