
Bakı. Trend:
Ali Məhkəmə. Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya
məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Trend xəbər verir ki, bununla bağlı Milli Məclisə qanun
layihələri daxil olub.
Həmin qanun layihələri aşağıdakılardır:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin
edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin
edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad
edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad
edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad
edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi
haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad
edilməsi haqqında.
Qanun layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında
müzakirəyə çıxarılacaq.





























