Advertisement

Naxçıvan MR Ali Məhkəməsinə yeni hakim təyin olunacaq

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin
ediləcək.

Trend xəbər verir ki, bu, Milli Məclisin Hüququ siyasəti və
dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında
müzakirəyə çıxarılacaq “M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” qanun layihəsində
əksini tapıb.

Layihəyə əsasən, Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcək. Müşfiq Həsənov
Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub.