
Bakı. Trend:
Bölgə ölkələri əgər Ermənistanın təhlükəsizliyi ilə bağlı sülh
mühitinə zidd hərəkətlərinə adekvat cavab verməsə, Azərbaycan özü
adekvat cavab verməli olacaq.
Bunu Trend-in suallarını cavablayarkən Prezident
yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar
Klubunun sədri Zaur Məmmədov deyib.
O qeyd edib ki, doğrudan da bölgəyə real olaraq təhlükə var.
“Azərbaycan öz sərhədlərini təhlükəyə salmamaq üçün mühim
adekvat hərbi addımlar ata bilər. Bunu Ermənistanın arxasında olan
qüvvələr, Ermənistanla təhlükəsizliklə bağlı pakt imzalayanlar da
bilsin. Ümumiyyətlə bu hadisələr bir daha göstərir ki, əslində kim
kiminlə hansı münasibətlərə malikdir. Publika qarşısında kimlərsə
bir-biri ilə vuruşa bilər, amma əslində nələr baş verir, biz bunu
çox yaxşı bilirik. Yaxın Şərqdə kimin, hansı qüvvələrin bölgəyə
gəlişindən sonra güclənməsini, kimin hansı ölkələrdə, hansı siyasi
qüvvəyə sahib olmasına başlanmasını da yaxşı bilirlər. Ona görə
illüziyaya qapılmağa heç bir ehtiyac yoxdur.
Ermənistan tərəfindən atılan addım bölgə üzrə sülhə ciddi
şəkildə zərbədir. Nikol Paşinyan düşünür ki, öz aləmində bununla
Zəngəzur və Göyçəni qoruyacaq və Azərbaycan ordusunun üzərinə hücum
edəcək. Lakin bilsinlər ki, onların tələsi bəllidir. Qərbdə bilsin
ki, sərhədəyanı ərazilərdə kimin hansı məntəqəyə malik olması ilə
bağlı müzakirələr var. Hələ o məsələlər həllini tapmadan,
Ermənistan sərhədləri ilə bağlı təhlükəsizlik haqqında pakt vermək
qeyri-ciddidir. Bu beynəlxalq hüququn açıq şəkildə pozulması
deməkdir”, – deyə o, qeyd edib.





























