Advertisement

Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib – SƏRƏNCAM

Bakı. Trend:

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə
Şurasının tərkibi təsdiq edilib.

Trend xəbər verir ki,
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən “Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi
şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin
birinci müavini

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı
nazirinin müavini

Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi sədrinin birinci müavini.