Advertisement

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncama dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Qarabağ İqtisadi Rayonunda Bərpa,
Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə
Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2022-ci il 22 iyul
tarixli 3381 nömrəli, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı
Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə
Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2022-ci il 22 iyul
tarixli 3382 nömrəli, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik
hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi
haqqında” 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli, “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 16
noyabr tarixli 3587 nömrəli və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2
saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin
Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2023-cü il
26 may tarixli 3908 nömrəli sərəncamlarında dəyişiklik edilməsi
barədə Sərəncam imzalayıb.

Trend xəbər verir ki,
Sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə
Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il
22 iyul tarixli 3381 nömrəli Sərəncamında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 793 (Cild
I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli
və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “Qarabağ İqtisadi Rayonunda” sözləri və
“Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri “Ağdam, Füzuli və
Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin.

2. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və
İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının
tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7,
maddə 794 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz
edilsin;

2.2. 1-ci hissədə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı”
sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə
əvəz edilsin və həmin hissədən “Şərqi Zəngəzur iqtisadi rayonuna
daxil olan” sözləri çıxarılsın.

3. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin
Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548
nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022, № 10, maddə 1197 (Cild I) 1-ci hissəsində
“Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda” sözləri
“Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə
əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr
tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın “AKRONİMLƏR VƏ İXTİSARLAR”
hissəsində “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və
Xocavənd rayonlarında” sözləri ilə, “Şərqi Zəngəzur İqtisadi
Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında” sözləri ilə əvəz edilsin.

5. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və
İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının
tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il 26 may tarixli 3908 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5,
maddə 706 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri
“Laçın rayonunda” sözləri ilə əvəz edilsin;

5.2. birinci hissədə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı”
sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilsin və həmin
hissədən “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan” sözləri
çıxarılsın.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.