Advertisement

Haluk Görgün Bakıda Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Aprelin 1-də Türkiyə Respublikasının Müdafiə Sənayesi
Komitəsinin sədri Haluk Görgün Bakıda Şəhidlər xiyabanını ziyarət
edib.

Trend xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi
uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən
övladlarının əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər
güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib.
Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən,
Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks
etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk
qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub,
gül dəstələri düzülüb.

Haluk Görgün “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə ürək
sözlərini yazıb.