
Bakı. Trend:
Azərbaycan Fransa neokolonializmi ilə mübarizədə mühüm rol
oynayır.
Trend xəbər
verir ki, bu barədə Yeni Kaledoniya parlamentinin Ailə və Qadın
Məsələləri üzrə Komissiyasının sədr müavini Mari-Lin Sakiliya
deyib.
“Azərbaycanın sədrliyi altında Bakı Təşəbbüs Qrupunun fəaliyyəti
beynəlxalq ictimaiyyətin Fransanın keçmiş müstəmləkələrində
aktivliyini qoruyub saxlamaq istəyi barədə məlumatlılığının
artmasına mühüm töhfə verib. Bu, həmçinin, Avropanın xammal
bazarına təsir etmək cəhdləri, xüsusən Fransanın aparıcı sənaye
sahələrinin qarşısında duran problemlər barədə məlumatlılığı
artırmağa kömək edir”, – Mari-Lin Sakiliya deyib.
Onun sözlərinə görə, Fransa siyasəti hazırda Sakit Okean
regionunda siyasəti keçmişdəki, daha doğrusu, 1960-cı illərdəki
fəaliyyətindən heç nə ilə fərqlənmir və o, Yeni Kaledoniyada eynən
bu cür fəaliyyət göstərir.
“Kanaki (Yeni Kaledoniya) kimi dövlətin suverenliyinin elan
olunması əməkdaşlıq sazişlərinin imzalanmasına hazırlıqdır. Bu,
Fransanın Sakit Okean regionunda Hindistan və Avstraliya kimi
ölkələrlə imzalayacağı bir sıra ikitərəfli sazişlərin
davamıdır.
Qeyd etmək lazımdır ki, Fransanın iqlim diplomatiyası dayanıqlı
inkişaf və enerji təhlükəsizliyi arasında balans axtarışı üçün
digər vasitələrdən də istifadə edir. Fransanın 2030-cu ilə qədərki
müddət üzrə investisiya planı buna misaldır. Plan çərçivəsində Yeni
Kaledoniya Energetikaya Keçid Sxemi (STENC) qəbul edib. Yeni
Kaledoniyanın “energetikamızın ekologiyalaşdırılması konsepsiyası
sayəsində” defisit yaşayan enerji təchizatı sistemi milliləşdirilib
və Fransanın “ENGIE” şirkətinin törəməsi olan “EEC” şirkəti
tərəfindən idarə olunur. Şirkət yerli nikel sənayesini inkişaf
etdirməyə kömək edir”, – deyə o bildirib.
Mari-Lin Sakiliya qeyd edib ki, Yeni Kaledoniya şlakındakı böyük
nikel ehtiyatları daha az potensiala malik olduğu hesab edilən
paslanmaz polad istehsalının zərərinə Fransadan birbaşa xarici
investisiyaların cəlb olunmasına imkan yaradacaq.
“Fransa hökumətinin “Prony Resources” və “Société Le Nickel”
sənaye şirkətləri tərəfindən əldə edilən on milyardlarla İsveçrə
frankı dəyərində bank kreditlərinə dair təminatı ilə eyni vaxtda
elan edilən nikel böhranı sonuncuların yerli istehsalın zərərinə
xam filiz ixracından asılılığını azaltmağa yönəlib və beləliklə,
“xammala çıxış imkanının təmin olunması” ilə əlaqəli
dekarbonizasiya problemlərinin həllində idarəedən dövlətin cəlb
olunma səviyyəsini müəyyən edir.
Yeni Kaledoniya nikel hasilatına 1876-cı ildə başlayıb və bunu
indiyədək etməyə davam edir, ümumi istehsal (1876-2015) 6,21 milyon
ton nikel və ya dünyada hasil olunan bütün nikelin 10,2 faizi olub.
Əfsuslar olsun ki, biz Fransanın “Fransa təhlükəsizliyi üçün yaxşı
olan yerli hökumətin təhlükəsizliyi üçün də yaxşıdır və əksinə”
siyasətinin şahidi oluruq. Lakin ilkin platforma siyasəti həyati
əhəmiyyətli Sakit Okean məkanımız üçün heç də yaxşı deyil, çünki
okeaniyalılar olan bizlərin fərqli düyagörüşü var.
Bizim Asiya-Sakit Okean mədəniyyətimiz digər milli strategiyalar
və maraqlar üçün iqtisadi diplomatiya, xüsusən milli mətbəx, eləcə
də, xammal tədarükü baxımından məkan təmin edir – bunların
tükənməsi Asiya xalqlarının yox olmasına bərabər olardı ki, bu da
ağlasığmazdır”, – o deyib.
Komissiya sədrinin müavininin sözlərinə görə, 2020-ci ildən
Fransa dəfələrlə Yeni Kaledoniyanı öz tərkibində saxlamağa
çalışıb.
“Bu, üçüncü və sonuncu referendum rekord sayda iştirak
etməyənlərlə yadda qalıb, hər ikinci seçicidən çoxu səsverməni
boykot edib. Lakin nazirlər Sebastyen Lekorno və Jerald Darmanin
“beləliklə yaranan vəziyyətə” cavab olaraq Yeni Kaledoniyanın
institusional gələcəyinin müzakirəsinə başladılar və ikinci
qanunvericilik referendumundan sonrakı gün 10-a qədər siyasi
xadimin rəhbərliyi altında “Leprédour” qrupu yaradıldıqdan və
imzalayanlar Komitəsini bağlı qapılar arasında dialoqla əvəz
etdikdən sonra müzakirələrin formatını dəyişərək, buraya vətəndaş
cəmiyyəti və yerli iqtisadi aktorları da daxil etdilər”, – Mari-Lin
Sakiliya son olaraq deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























