
Bakı. Trend:
Aprelin 5-də Aİ, ABŞ və Ermənistan arasında təhlükəsizliklə
bağlı görüşün keçirilməsi planlaşdırılır. Təbii ki, bu görüş
regiona yaxşı heç nə vəd etmir. Bu format Azərbaycana qarşı yönəlib
və Azərbaycanı, Cənubi Qafqazda kövrək sabitliyi hədəf götürüb.
Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə
birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlarla
yanaşmaya əsaslanır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov
bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının
getdiyi bir dövrdə Ermənistanı silahlandırmaq və yeni təlimatçılar
göndərmək, Aİ müşahidə missiyasının üzvlərinin sayını artırmaq və
digər məsələlər göstərir ki, əslində, Qərb Ermənistanı münaqişəyə
cəlb etmək istəyir.
“Azərbaycandan çıxarılan silahlı erməni quldur dəstələrinin
böyük əksəriyyəti Fransada hərbi təlimlərə cəlb olundular. Eyni
zamanda Fransa Ermənistana zirehli maşınlar, silah-sursat verdi.
Yəni Ermənistan sülhə yox, müharibəyə hazırlaşır”, – deyə o, əlavə
edib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























