Advertisement

Fransanın qərəzli mövqeyi: Ermənistan uçurumun bir addımlığında (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Aprelin 2-də Fransa XİN rəhbəri ABŞ Dövlət katibi ilə mətbuat
konfransında Azərbaycanla bağlı əsassız iddialar səsləndirib. Bu
iddialar Fransanın ölkəmizə qarşı qərəzliliyini, bütün imkanlardan
istifadə edərək, Azərbaycanı hədəfə gətirmək niyyətini, ümumilikdə
Cənubi Qafqazda kövrək sülhü pozmağı və regionu yeni münaqişə
ocağına çevirmək istəyini nümayiş etdirir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Tahir
Rzayev bildirib ki, bu, Fransanın Azərbaycana qarşı düşmənçilik
mövqeyidir.

“Fransa uzun illərdir ki, bu düşmənçilik meyillərini davam
etdirir və Azərbaycan haqqında şantaj xarakterli bəyanatlar
səsləndirir. Fransa sözdə özünü demokratik, insan hüquqlarını
qoruyan, sülhə xidmət edən bir ölkə kimi göstərmək istəyir, ancaq
həqiqətdə belə deyil.

Uzun müddət Fransa 50-dən çox ölkəni öz müstəmləkəsində
saxlayıb, milyonlarla insanın qətlinə səbəb olub, öz mənafeyi
naminə soyqırımları törədib. Bu gün də Fransa həmin yoldadır”, –
deyə o əlavə edib.