Advertisement

Prezidenti İlham Əliyev Konqo Prezidentini qarşılayıb

Bakı. Trend:

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Konqo
Respublikasının Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də rəsmi
qarşılanma mərasimi olub.

Trend xəbər verir ki, hər iki
ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Konqo
Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni
Sassu-Nqessonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Konqo Prezidentinə raport
verib.

Prezident Deni Sassu-Nqesso Azərbaycan əsgərlərini
salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından
keçiblər.

Konqo Respublikasının və Azərbaycan Respublikasının Dövlət
himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Konqo Prezidentinə, Konqo nümayəndə
heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan
Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun
qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.