Advertisement

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi Xəzəryanı ölkələrin milli siyasətlərinin prioritetləri sırasına daxildir – Umayra Tağıyeva

Bakı. Trend:

Xəzər dənizi planetimizin unikal su obyekti olmaqla, qlobal
əhəmiyyətli və sahilyanı dövlətlərin xalqları üçün dəyər kəsb edən
zəngin təbii sərvətləri ilə tanınır.

Trend xəbər
verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavin
Umayra Tağıyeva Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşündə
deyib.

“Xəzər dənizi planetimizin unikal su obyekti olmaqla, qlobal
əhəmiyyətli və sahilyanı dövlətlərin xalqları üçün dəyər kəsb edən
zəngin təbii sərvətləri ilə tanınır. Hazırda Xəzər dənizi həll
olunmamış ekoloji problemlərin mənfi təsirləri ilə əlaqədar bir
sıra problemlərlə üzləşir. Bioresursların tükənməsi, dəniz
mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, iqlim
dəyişikliyi səbəbindən dəniz səviyyəsinin uzunmüddətli azalması
dəniz ekosistemlərinin deqradasiyasına səbəb olur”, – o deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin ətraf mühitin mühafizəsi və
təbii sərvətlərdən səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin
milli siyasətinin prioritet istiqamətləri arasında yer alır.

Qeyd edək ki, bakıda Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü
keçirilir.

Məlumata görə, tədbirdə həmçinin Baş prokuror Kamran Əliyev,
Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digər rəsmilər
iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun