
Bakı. Trend:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, demək olar ki,
hər bir qarışı minalarla doludur.
Trend xəbər
verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev “X” platformasındakı səhifəsində yazıb.
“Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən təqdim olunmuş
fotoşəkildə neytrallaşdırılmalı yerüstü minalar sarı işrələrlə
göstərilib”, – deyə o yazıb.
Qeyd edək ki, mart ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı
və Zəngilanda 299 piyada əleyhinə mina, 114 tank əleyhinə mina,
1254 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bugünədək 60 94,6 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.
2020-ci ildə 2-ci Qarabağ müharibəsi bitəndən ümumilikdə 350
Azərbaycan vətəndaşı minadan zərər görüb.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























