
Bakı. Trend:
Bu bölgədə sabitlik olması Qərb ölkələrinin də xeyrinə olacaq.
Bu səbəbdən regionda sülh üçün çalışmalıdır.
Trend xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin NATO
PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər
xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə
açıqlamasında deyib.
“Başda Fransa olmaq üzrə bəzi ölkələrin Ermənistanı sülh
müqaviləsi imzalamamaq istiqamətində yönəltdiyini bilirik. Burada
Ermənistanı başqa yollarla dəstəkləməyə çalışanlar unutmasınlar ki,
Azərbaycan tək deyil. Azərbaycan regionda sülh üçün səylər
göstərir. İki ölkə arasında ikili görüşlərin keçirilməsində fayda
olduğunu düşünürük” – deyə o bildirib.
Xəbər yenilənəcək





























